DÜNYANIN ƏN NÜFUZLU TORTU - NAPOLEON
2016-07-12 00:00:00
Napoleon – xəmir qatlarından ibarət dadlı, xırçıltılı tort reseptidir. Burada əsas rolu xəmirlər oynayır. Belə ki, onlar nə qədər dadlı və zərif olarsa, desert bir o qədər yaxşı alınır. Fransız və italyanlar bu tortu “Mille-feuille” adlandırırlar, hərfi mənası da “min qat” deməkdir. Rusiyada, Amerikada isə Napoleon adlanır.

Tarixi qədim dövrlərə gedib çıxır. Amma klassik resepti XIX əsrin əvvəllərində məşhur fransız şef aşpazı Mari Antuan Karemə məxsusdur.
Tortun adı kimin şərəfinə qoyulub, sualına müxtəlif mənbələr fərqli cavablar verirlər. Bəzi mənbələr bildirir ki, bu ad İkinci İmperiya dövründə III Napoleonun şərəfinə qoyulub. Digərləri I Napoleonun sevdiyi resept olduğundan onun şərəfinə tort bu cür adlandırılıb, deyirlər
Bu tort.
dünyada çox məşhurdur. Yüzlərlə resepti var. Müxtəlif tərkibdə, müxtəlif hazırlanma qaydası ilə Napoleon həmişə nüfuzludur, dadlıdır və ən əsası, süfrələrin bəzəyidir. Bu dəfə Sufrem.az sizə tortun elə klassik, ən qədim reseptini təqdim edəcək.

Klassik Napoleon Tortu

Ərzaqlar:
Krem üçün:
Süd – 450 ml.
Kartof nişastası – 3 x.q.
Un – 4 ç.q.
Şəkər tozu – ¾ st.
Vanilin – 1 ç.q.
Kərə yağı (otaq temperaturunda) – 300 qr.
Xəmir üçün:
Kərə yağı – 300 qr.
Un – 450 qr.
Soyuq su – ¾ st.
Limon şirəsi – 1 ç.q. və ya 5%-li sirkə - 1 ç.q.
Duz – bir çimdik

Hazırlanması:
Unun içinə bir çimdik duz tökürsüz və qarışdırırsınız. Soyuq kərə yağını xırda kub formasında doğrayırsınız və unun içinə tökürsüz, barmaqlarınızın ucu ilə onu unla ovursunuz. Suyu sirkə və ya limon şirəsi il qarışdırırsınız. Hissə-hissə un-yağ ovuntusunun üzərinə tökərək, xəmir yoğurursunuz. Onu 8-10 bərabər kündəyə bölürsünüz. Bir lövhəyə və ya siniyə yığırsınız, üzərini qida pərdəsi ilə örtürsüz və soyuducuda 30 dəqiqə saxlayırsınız.
İndi kremi hazırlayaq: Bir qazançada un, nişasta, şəkər tozu, vanilin qarışdırılır. Qarışdıra-qarışdıra üzərinə süd tökürsüz. Sonra onu orta odun üzərinə qoyursunuz ki, bişsin. Qarışdırmağı unutmursuz. Qaynayandan 3-5 dəqiqə sonra oddan götürürsüz, üzərini örtüb, otaq temperaturunda saxlayırsınız.
Sobanı 180-190 dərəcə isidin. Kündələri soyuducudan çıxarırsınız və bir-bir yayırsınız. Çox nazik yayılmalıdır: qalınlığı 1-2 mm., diametri isə 24-26 sm. olmalıdır. Hər birini sobada 5-7 dəqiqə olmaqla açıq-qızılı rəng olana kimi qızardırsınız.
Kərə yağını mikserdə həcmli olana kimi çalın. Sonra onu yavaş-yavaş bişirdiyiniz kremin içinə tökürsünüz, qarışdırırsınız. Krem də hazır!
Qızardılan xəmirlərdən birini ovuntu üçün saxlayırsınız. Digərlərini bir-bir qoyub, üzərini yaxşıca kremləyirsiniz. Ən sonda üzərini ovuntu ilə bəzəyirsiniz. Tortu folqa və ya perqament kağızla səliqə ilə örtürsünüz və bir müddət - ən yaxşısı isə, gecədən səhərə kimi soyuducuda saxlayırsınız ki, dadı möhtəşəm olsun!

Yorumlar
Yorum Gönder