hazırlayın
Dadından soymayacağınız kabab bişirmək istəyirsiniz?
Metbuat.az ev şəraitində lülə kababın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
Qoyun əti
200 qr baş soğan
100 qr qoyun quyruğu
Duz, istiot
Sumax
Lavaş
Hazırlanmasına gəldikdə 500 qram qiyməyə 200 qram soğan qatıb qarışdırın. 4-5 saatlıq soyuq yerdə saxlayın. 15-20 dəqiqə əvvəldən qiyməni soyuducudan çıxarıb yaxşıca qarışdırın. Daha sonra şişin üstünə sarıyın. Lüləni sapla da bağlamaq olar. Süfrəyə verilməmiş sap açılır. Od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün. Süfrəyə verilərkən lavaşın içərisində üstünə sumax əlavə edərək servis edə bilərsiniz.
Nuş olsun!
Yorumlar
Yorum Gönder