
paytaxt salati
Paytaxt salatı (Stoliçniy)
Ərzaqlar
- 1 balaca banka göy noxud
- 200 q ət (qoyun ya da mal əti)
- 3 ədəd yumurta
- 3 ədəd kartof
- 2 ədəd yerkökü
- 2 balaca tutma xiyar
- 1 ədəd tər xiyar
- 2-3 ədəd turp
- Keşniş, şüyüd, göy soğan
- Duz
- İstiot
- Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)
Hazırlanması
- Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq. Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.
- Yerkökünü xırda dörd künc doğrayırıq. Yumurtanı xırda dörd künc doğrayırıq. Tutma xiyarı xırda dörd künc doğrayırıq. Tər xiyarı xırda dörd künc doğrayırıq. Turpu xırda dörd künc doğrayırıq.
- Göyərtiləri xırda doğrayırıq. Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq. Qarışığa duz və istiot səpib qarışdırırıq. Xama ilə ya da mayonezlə qarışdırırıq.
Nuş olsun!
Hakkında: Rus mətbəxinin ən sevilən salatlarından biridə paytaxt (stoliçniy) salatıdır. Bu salat nəinki Rusiyada hətta bir çox ölkələrdə məhşurdür və çox sevilir
Yorumlar
Yorum Gönder