Turk paxlavasinin resebti ve hazirlanmasi

Ərzaqlar: 


Xəmir üçün:
Yumurta – 2 ədəd
Süd – 1 st
Yağ – 150 qr
Maya – 20 qr
Qarğıdalı nişastası
Un – apardığı qədər
İçi üçün:
Qoz – 300 qr
Yağ – 600 qr
Şərbət üçün:

Şəkər tozu – 0.5 kq
Su -1 st

Hazırlanması:

Əvvəlcə süd, yumurta, yağ, maya və unu qatıb, xəmiri hazırlayın, və acımağa qoyun. Xəmir hazır olduqdan sonra kündələri (qozdan bir az böyük) hazırlayın. 7 kündə götürüb, onları balaca açın,aralarına çoxlu nişasta səpib,üst-üstə qoyun. Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın.Tavanı yağlayıb,açdığınız yuxaları,bir-bir tavaya düzüb,aralarını yağlayın. Sonra üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb,üzərinə düzün. Kvadrat şəklində doğrayıb,sobaya qoyun. Bişənə yaxın üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəq sobada saxlayıb götürəbilərsiniz. Artıq servisə hazırdır. Nuş Olsun!

Yorumlar